Türkiyə və Rusiya prezidentləri taxıl dəhlizini müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

TIME Trend-ə istinadən bildirir ki, danışıq zamanı regional məsələlər, xüsusilə Türkiyə-Rusiya münasibətlərindəki inkişaflar və taxıl dəhlizi müzakirə edilib.

Prezident Rəcəb Tayyib Ərdoğan görüşdə Rusiya prezidenti Putinə taxıl ixracı ilə bağlı İstanbul razılaşmasının 120 gün uzadılması ilə bağlı konstruktiv mövqeyinə görə təşəkkür edib.

Rusiya prezidenti Putinin Türkiyədə təbii qaz mərkəzi yaratmaq təklifindən məmnun olduqlarını ifadə edən R.T. Ərdoğan, komandaların ən qısa zamanda ortaq hədəflərə çatması üçün lazımi texniki, hüquqi və ticari qiymətləndirmələri edəcəklərini bildirib.

Leave a Reply