Qəbul imtahanlarının cədvəli nə vaxt ictimaiyyətə təqdim ediləcək?

Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 15-nə qədər qəbul imtahanlarının cədvəlini ictimaiyyətə təqdim edəcək.

TIME bildirir ki, bu gün jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onuda deyib ki, imtahan vaxtları ilə bağlı müvafiq təşkilatlarla danışıqlar və dəqiqləşdirmələr aparılır.

“Hazırda bunun üzərində iş gedir. İlin sonuna doğru, dekabrın 15-nə qədər cədvəli Elm və Təhsil Nazirliyi ilə razılaşdırıb ictimaiyyətə təqdim edəcəyik”, – deyə M.Abbaszadə əlavə edib.

O qeyd edib ki, imtahan yazı işləri ən azı iki dəfə yoxlanılır, imtahanlarda yazı işlərini yoxlayan ekspertlərin sayı isə azdır.

“Yazı işləri müəyyən hallarda 3 dəfə yoxlanılır. Müəyyən fənlərdən, xüsusən də rus bölməsində ekpertlərin sayı çox azdır. Şagirdlər kifayət qədərdir, amma ekspertlər azdır. Bu səbəbdən yoxlama prosesi uzanır. Bizdə 6 minə yaxın marker, ekspert var. Markerlərin sayı 20 min olsaydı, biz yoxlama prosesini daha tez həyata keçirərik” – deyə M.Abbaszadə bildirib.

Leave a Reply