Azərbaycan bir neçə ölkədə diplomatik qurumlar yaradır

Azərbaycan İsrail, Albaniya və Keniyada səfirlik, Fələstində Təmsilçilik Ofisi açır.

TIME bildirir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında”, Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” qanun layihələri müzakirəyə çıxarılıb.

Bununla yanaşı, Azərbaycanın Albaniya və Keniyada səfirlik açılması ilə bağlı qanun layihəsi Milli Məclisdə qəbul edilib.

Layihəyə əsasən, Albaniyadakı səfirliyi paytaxt Tiranada, Keniyadakı səfirlik isə Nayrobi şəhərində yerləşəcək. Həmçinin iclasda “Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin təsis edilməsi haqqında” qanun layihələri də müzakirəyə çıxarılıb. Qanun layihələri müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Müzakirələrdən sonra qanun layihələri səsverməyə qoyularaq təsdiq edilib.

Leave a Reply