Dövlət büdcəsində səhiyyəyə və icbari tibbi sığortaya ayrılan vəsait artırılır

2023-cü ilin dövlət büdcəsində həm səhiyyəyə, həm də icbari tibbi sığortaya ayrılan vəsait artırılır.

TIME bildirir ki, beləliklə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti yüksələcək.

Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov noyabrın 17-də parlamentin plenar iclasında büdcə müzakirələri zamanı deyib onuda deyib ki, ötən iclaslarda bəzi tibbi müəssiələrdə avadanlıqların köhnəlməsi məsələsini qaldırılıb.

“Artıq avadanlıqların köhnəlməsi məsələsi öz həllini tapmaqdadır”, – deyə Ə.Əmiraslanov qeyd edib.

O əlavə edib ki, icbari tibbi sığorta uğurla həyata keçirilir.

“Ancaq bir qrup xəstəliklər var ki, icbari tibbi sığorta ilə əhatə edilməyib. Xüsusilə də onkoloji xəstəliklər buna aiddir. Bu gün icbari tibbi sığortanın imkanları genişlənib və bu imkan verir ki, onkoloji xəstəliklər də icbari tibbi sığortaya daxil edilsin”, – deyə Ə.Əmiraslanov bildirib.

Qeyd edək ki, gələn il səhiyyəyə 1 906 389 453,0 manat vəsait ayrılması proqnozlaşdırılır. Poliklinika və ambulatoriyalara 1 802 885,0 manat xəstəxanalara isə 171 384 285,0 manat ayrılması nəzərdə tutulur. Gələn il tibbi sığorta fonduna 1 263 820 170,0 manat vəsait ayrılması proqnozlaşdırılır.

Leave a ReplyCancel reply