Bəzi küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub

Xaqani küçəsi ilə Puşkin küçəsinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

TIME Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən bildirirki bildirir ki, bu səbəbdən də həmin ərazidən keçən 1, 2, 4, 46 nömrəli müntəzəm və H1 ekspres marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Avtobuslar Üzeyir Hacıbəyov küçəsi istiqamətində alternativ yollarla hərəkət edirlər.

Leave a Reply