Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinə xəbərdarlıq edib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, noyabrın 21 aşağıdakı vergilərin ödənilməsinin son günüdür:
- Gəlir vergisi (Xüsusi notariuslar üzrə);
- Gəlir vergisi (İdman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə);
- Əlavə dəyər vergisi;
- Aksizlər;
- Yol vergisi;
- Mədən vergisi;
- Sadələşdirilmiş vergi (fərdi sahibkarlar daşınmaz əmlakın təqdim edilməsi üzrə);
- Sadələşdirilmiş vergi (Pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə);
- Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi;
- Sığorta müqaviləsi vaxtından əvvəl xitam verildikdə ödəmə mənbəyində tutulan vergi.