İki marşrut xəttinin hərəkətində dəyişiklik edildi


Bakıda iki marşrut xəttinin hərəkətində dəyişiklik edilib.

TIME Bakı Nəqliyyat Agentliyinə istinadən bildirir ki, Yasamal rayonu Əsəd Əhmədov küçəsində aparılan təmir işləri ilə əlaqədar 77 və 211 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Hazırda qeyd olunan xətlər üzrə avtobuslar Məhəmməd Xiyabani küçəsindən keçməklə fəaliyyət göstərirlər.

Leave a Reply