AQTİ-də olan vakant yerlərlə bağlı görüş keçiriləcək


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə çalışmaq istəyən, müvafiq ixtisasa yiyələnmiş və ya beynəlxalq sertifikatı olan ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, işə qəbulla bağlı 2022-ci il noyabrın 26-da saat 10:00-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Xaçmaz regional bölməsinin inzibati binasında (ünvan: Xaçmaz şəhəri, Rauf Babayev 7) namizədlərlə görüşün keçirilməsi nəzərdə tutulur.

Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonlarında yaşayan qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, aqronomluq, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, zootexniklik, bitki mühafizəsi, tibbi profilaktika, kimya, biologiya, aqrokimya və torpaqşünaslıq ixtisasları üzrə təhsil almış şəxslər AQTA-nın mütəxəssislərinin iştirakı ilə keçiriləcək görüşə qatıla bilərlər.

Görüşdə iştirak edəcək namizədlərdən özləri barədə məlumatların əks olunduğu anket formasını (CV) gətirmək xahiş edilir.

Leave a Reply