Əmək münasibətləri rəqəmsallaşdırılacaq

Dövlət Məşğulluq Agentliyi əmək münasibətləri sahəsində rəqəmsallaşma üzərində işləyir.

TIME bildirir ki, bunu agentliyin İdarə heyətinin sədri Mustafa Abbasbəyli “Baku CEO Summit” beynəlxalq tədbirində deyib.

Onun sözlərinə görə, agentlik təkcə iri müəssisələrlə işçilər arasında deyil, həm də orta bizneslə onun əməkdaşları arasında əmək münasibətləri sahəsində rəqəmsallaşmanı hədəfləyir.

“Bizim məqsədimiz əmək münasibətlərinin yeni alətlərinin yaradılması, qarşılıqlı fəaliyyətin innovativ üsullarının istifadə olunmasıdır”, – M.Abbasbəyli bildirib.


Sədr onuda qeyd edib ki, Azərbaycanda artıq məşğulluq xəritəsi yaradılıb.

Bu xəritə regional, demoqrafik və digər məlumatları əks etdirir.

“Xəritə gələcəkdə əhalinin sayının artımı, iş yerlərinin sayı, qadın və kişilər arasında məşğulluq, məktəbli və tələbələrin sayı kimi amilləri izləyəcək. Bu da öz növbəsində ölkənin bu və ya digər rayonunda məktəblərin, ali tədris müəssisələrinin, yeni iş yerlərinin yaradılmasının zəruriliyinin olub-olmamasını müəyyənləşdirməyə kömək edəcək”, – deyə o bildirib.

Leave a Reply