Kibergigiyena üzrə birinci beynəlxalq konfrans keçirilib

Kibergigiyena üzrə birinci beynəlxalq konfrans keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, konfrans Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəzliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM), Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib.

Konfransda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev açılış nitqi ilə çıxış ediblər.

Leave a Reply