İstanbulda terror aktı baş verib – zərər çəkənlər və saxlanılanlar var – VİDEO

Ötən gün İstanbulun Taksim meydanı İstiqlal küçəsində partlayış baş verib. Terror aktını törətməkdə qadın şübhəli bilinir. Qadınln hadisə yerindən uzaqlaşması anları qeydə alınıb.

TIME Türkiyə KİV-lərinə istinadən bildirir ki, adı açıqlanmayan qadının hadisə yerinə partlayıcı maddə qoyaraq uzaqlaşdığı müəyyən edilib.

Həmin şəxs daha sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ümumilikdə hadisə ilə əlaqədar 46 nəfər saxlanılıb.

İstanbulun mərkəzində bomba qoyan şəxs Təhlükəsizlik İdarəsi tərəfindən saxlanılıb.

Hadisəni törədən və bombanı qoyan şəxs İstanbul Təhlükəsizlik İdarəsi tərəfindən saxlanılıb.

Hesablamalara görə, terror aktının törədilməsinə dair əmri Kobani şəhərindən, hücumu törədən şəxs isə Afrin şəhərindən gəlib. Hər iki şəhər Suriyada yerləşir.

İstanbulun mərkəzində baş vermiş partlayış nəticəsində zərərçəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur.

“Bizə zərərçəkənlər arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumat daxil olmayıb”, – Azərbaycan Xarici İşlər Nazirliyindən bildiriblər.

Xatırladaq ki, ötən gün axşam saatlarında Taksim meydanında partlayış törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Leave a Reply