Dubaya səyahət edən sərnişinlərdən PSR-test və yaxud vaksin sertifikatı tələbi ləğv edildi

Azərbaycan Hava Yolları (AZAL) Dubaya səyahət edən sərnişinlərindən PSR-test və yaxud vaksin sertifikatı tələb etməyəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, artıq Birləşmiş Ərəb Əmirliklərinə səyahət etmək üçün COVID-19-a dair PSR-test və yaxud vaksin sertifikatı tələb olunmur.

Azərbaycan vətəndaşları üçün öncədən viza rəsmiləşdirmək kifayətdir. Ən aktual məlumat saytımızın müvafiq bölməsində qeyd olunub: https://www.azal.az/az/information/covid-dubai

Leave a ReplyCancel reply