“Azərbaycan Dəmir Yolları” yük daşıyan vaqon sayını artırır

“Azərbaycan Dəmir Yolları” QSC-nin şimal istiqamətində yerləşən stansiyalarından Rusiya Federasiyası istiqamətində ixrac olunan kənd təsərrüfatı məhsullarının daşınmasına əvvəlki dövrlərdə olduğu kimi ümumilikdə 358 vaqon cəlb edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, yaranmış sıxlıqla əlaqədar olaraq qısa zaman ərzində digər marşrutlarda istismar olunan 30 ədəd vaqon kənd təsərrüfatı məhsullarının daşınması üçün ayrılıb.

“Azərbaycan Dəmir Yolları” QSC hazırda ixrac olunan kənd təsərrüfatı məhsullarının daşınmasında yaranmış sıxlığın qarşısının alınması məqsədilə əlavə əməliyyat tədbirləri görür. Belə ki, hazırda bu istiqamətdə prioritet tədbirlər çərçivəsində qısa marşrutlardan istifadəyə üstünlük verilməsi planlaşdırılır ki, bu da öz növbəsində qeyd olunan marşrut üzrə yük əməliyyatının sürətlənməsinə və vaqon dövriyyəsinin 2-3 dəfəyə qədər artmasına səbəb olacaq.

Qeyd edək ki, Azərbaycanda kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı coğrafiyasının genişlənməsi istiqamətində aparılan dövlət siyasəti nəticəsində məhsulların ixracında ümumən müsbət artım tendensiyası müşahidə olunmaqdadır.

Kənd təsərrüfatı məhsulları olaraq xurma, alma kimi məhsullar mövsümi xarakter daşıdığından şimal istiqamətində bu tipli daşımalarda artım qeydə alınıb. Həm yerli, həm də tranzit yük maşınları ilə bağlı yaranmış sıxlıqla əlaqədar dəmiryol nəqliyyatı ilə bu daşımalarda istifadə olunan qapalı vaqonlara olan tələbat art

Leave a Reply