Kapital bazarında şirkətlərin maliyyələşdirilməsi üzrə platforma yaradılır

Azərbaycan Mərkəzi Bankı kapital bazarında şirkətlərin daha çevik maliyyələşdirilməsi üçün xüsusi platforma yaradır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Mərkəzi Bankının Kapital bazarlarına nəzarət departamentinin direktor müavini Samir İsmayılov bunu Bakı Fond Birjasının təşkil etdiyi “Emitent günü”nə həsr olunmuş videokonfrans zamanı deyib.

“Platformanı bu ayın sonundan gec olmayaraq işə salmaq planlaşdırılır. Qiymətli kağızlar vasitəsilə maliyyələşmə əldə etmək istəyən şirkətlər elektron formada Mərkəzi Banka, “Bakı Fond Birjası” QSC-yə, eləcə də Milli Depozit Mərkəzinə müraciət edə bilər”, – deyə o bildirib.

Leave a Reply