Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının sammiti öncəsi bir sıra mühüm sənədlər imzalayıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, bununla bağlı Azərbaycan XİN-i “Twitter”-də paylaşım edib.

“11 noyabr 2022-ci il tarixində Səmərqənddə (Özbəkistan) “Türk sivilizasiyasının yeni dövrü: ortaq inkişaf və tərəqqi yolunda” mövzusuna həsr olunmuş Türk Dövlətlərinin Zirvə Toplantısı keçiriləcək.
Nazir Ceyhun Bayramov 2022-2026-cı illər üçün strategiya, qaydalar və prosedurlar da daxil olmaqla mühüm sənədlər imzalayıb”, – deyə paylaşımda bildirilir.