Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” ASC və Bazarstore marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə 13 noyabr 2022-ci il tarixində Masallı və Lənkəranda ağac tinglərinin paylanılması aksiyası keçiriləcək.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, tullantıları tinglərə dəyişin:
- plastik (minimum 10 litr həcmində);
- şüşə (minimum 5 litr həcmində);
- kağız;
- və ya işlənmiş batareya (minimum 3 ədəd) tullantılarını təhvil verərək əvəzində ting əldə edin.
Hər kəsi aksiyada fəal iştirak etməyə, təbiətə fayda verəcək bu aksiyadan yararlanmağa çağırırıq. Əldə etdiyiniz tinglərin əkin şəkillərini sosial şəbəkələr vasitəsilə bizimlə bölüşə bilərsiniz.
Saat: 12:00 Bazarstore Masallı
Ünvan: Heydər Əliyev prospekti 135 (Köhnə bazarın yanı)
Saat: 15:00 Bazarstore Lənkəran
Ünvan: Qala Xiyabanı, Lənkəran