Bədii gimnastika və aerobika gimnastikası üzrə Bakı çempionatı başlayıb

Noyabrın 11-də Bakı Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş bədii gimnastika üzrə 27-ci, aerobika gimnastikası üzrə 6-cı birgə Bakı çempionatı başlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, noyabrın 11-də bədii gimnastika, noyabrın 12-də isə həm bədii gimnastika, həm də aerobika gimnastikası üzrə yarışlar keçiriləcək.

Bədii gimnastika üzrə yarışlarda balacalar (2012-2014-cü illər) fərdi çoxnövçülük, alətsiz, top və halqa ilə, yeniyetmələr (2010-2011-ci illər) fərdi çoxnövçülük, halqa, top, gürzlərlə proqramlarını nümayiş etdirəcəklər.

Gənclər (2007-2009-cu illər) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyasında mübarizə aparacaq gimnastlar fərdi çoxnövçülük, halqa, top, gürzlər, lentlə hərəkətlərin icrasında öz aralarında qalibi müəyyənləşdirəcəklər.

Aerobika üzrə yarışlarda yeniyetmələr (2008-2010-cu illər) fərdi qadınlar, üçlük və qrup, gənclər isə (2005-2007-ci illər) yalnız fərdi qadınlar proqramında mübarizə aparacaqlar.

Leave a Reply Cancel reply