Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub – VİDEO

Noyabrın 8-də saat 19.00- 21.00-da Dənizkənarı Milli Parkda Zəfər Günü münasibətilə bayram konserti və atəşfəşanlıq təşkil edilib.

TIME bildirir ki, Zəfər sevincini paylaşmaq üçün milli parka gələn Bakı sakinləri və şəhərimizin qonaqları konserti və atəşfəşanlığı böyük maraqla izləyiblər.

Möhtəşəm atəşfəşanlıq on minlərlə insan tərəfindən xüsusi coşqu ilə qarşılanıb və onun video görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.

Zəfər Günü ölkəmizlə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən böyük qürur və sevinc hissləri ilə qeyd olunub.

Leave a Reply