Sumqayıt Dövlət Dram Teatrında maaşlarının gecikdirilməsi məsələsinə aydınlıq gətirilib

Noyabr ayının 1-də bir qrup aktyor Sumqayıt Dövlət Dram Teatrında maaşların 8 aydır gecikməsi ilə bağlı mediaya məlumat verib.

TIME Trend-ə istinadən bildirir ki, bu gün Mədəniyyəti Nazirliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib.

O qeyd edib ki, oktyabr ayı üçün əməkhaqqının ödənilməsində 2 gün gecikmə baş verib, 3 noyabr tarixində ödənilib.

“Hazırda teatrda direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti olaraq teatrın direktor müavini Vidadi Məmmədov icra edir. Direktor vəzifəsinə namizədlərlə bağlı araşdırmalar davam edir, yeni namizəd təyin olunanda mətbuata məlumat veriləcək”, – deyə əlavə edilib.

Leave a Reply