Reklam bazarı niyə artmır?

Bu ilin 10 ayı ərzində reklam qanunvericiliyi sahəsində 22 pozuntu aşkarlanıb.

TIME bildirir ki, bu gün Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov “Audiovizual media məkanında reklam fəaliyyəti” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib ki, ötən il 44, 2019-cu ildə isə 58 pozuntu qeydə alınıb.

Seminarda çıxış edən “Rəqəmsal və audiovizual yayım sənayesi” İctimai Birliyinin reklamçılar komitəsinin sədri Zaur İsmayılov öz növbəsində bildirib ki, Azərbaycan televiziya reklamı bazarının illik dövriyyəsi 7 ildir ki, 45 milyon manatı keçmir.

O qeyd edib ki, bazarın reytinq dəyəri 1,6 milyon manat, orta reytinq qiyməti isə 28 manatdır.

“Bazarın böyüməsi üçün ümumi reytinq dəyəri və orta reytinq qiyməti artmalıdır”,- deyə Z.İsmayılov bildirib.

Leave a Reply