Zelenski Ərdoğana “taxıl sazişi” ilə bağlı təşəkkür edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

TIME bildirir ki, Türkiyə Prezident Administasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən bildiriblər ki, söhbət zamanı liderlər Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələri müzakirə ediblər.

R.T.Ərdoğan taxıl daşınması ilə bağlı problemi birgə həll etmələrindən məmnunluğunu ifadə edib. Ukrayna və Rusiyadan taxıl məhsullarının ixracının bütün dünya üçün həlledici əhəmiyyət daşıdığını vurğulayan prezident R.T.Ərdoğan taxıl tədarükü ilə bağlı razılaşmanın davam etdirilməsinin vacibliyini qeyd edib.

Türkiyə lideri bildirib ki, müharibənin ədalətli sülh yolu ilə sona çatması üçün diplomatik səylər gücləndirilməlidir.

Ukrayna prezidenti Vladimir Zelenski “Twitter” sosial şəbəkəsində telefon danışığı ilə bağlı paylaşım edib və Rəcəb Tayyib Ərdoğana verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

“Mən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana taxıl sazişinin qorunub saxlanmasında fəal iştirakına, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyə görə təşəkkür etdim. Biz ukraynalı hərbi əsirlərin və siyasi məhbusların qaytarılması istiqamətində gələcək addımları müzakirə etdik. Mən Türkiyənin dəstəyinə tam ümid edirəm”, – deyə V.Zelenski yazıb

Leave a Reply