Tələbə kreditinin verilməsi üçün 8 milyon manat ayrılacaq

Tələbə kreditinin verilməsi üçün növbəti il üçün dövlət büdcəsindən 8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu məsələ Azərbaycan Respublikasının 2023-cü ilin dövlət və icmal büdcələri üzrə layihədə qeyd edilib.

Sənədə əsasən, 2021-ci və 2022-ci illərdə ayrılmış vəsaitləri də nəzərə aldıqda, ümumilikdə Təhsil Tələbə Kredit Fondunun resurs zərfi 110 milyon manat təşkil edəcək.

Qeyd edək ki, layihədə 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1,0 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir.

Leave a ReplyCancel reply