Şəhid ailə üzvlərinin bir hissəsi vergilərdən azad ediləcək

Gələn il şəhid ailələrinin üzvlərinin muzdlu işdən aldıqları gəlirlərin 800 manata qədər olan hissəsinin vergilərdən azad olunması planlaşdırılır.

TIME bildirir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu haqda komitənin 2023-cü ilin dövlət büdcəsi ilə bağlı iclasında müzakirələr zamanı bildirib.

Komitə sədri qeyd edib ki, 2022-ci ilin sonlarına qədər Azərbaycanda orta aylıq əmək haqqının 800 manat, 2023-cü ildə 898 manat olması planlaşdırılır.

“Bu isə demək olar ki, şəhid ailələri və onların övladları, valideynlərinin böyük bir qisminin əməkhaqqısının vergidən azad olunması deməkdir”, – deyə komitə sədri əlavə edib.

Qeyd edək ki, növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq.

Leave a Reply Cancel reply