Mərkəzi Bank sabit məzənnə rejimini qorumağa çalışacaq

Mərkəzi Bank sabit məzənnə rejimini növbəti il üçün də qorumağa çalışacaq və bu sabitliyin təmin edilməsi üçün əlindən gələni edəcək.

TIME bildirir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkrlıq komitəsinin iclasında 2023-cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı deyib ki, Mərkəzi Bankın əsas siyasəti pul siyasətidir, məzənnə siyasəti deyil.

“Mandatımız makro-iqtisadi sabitliyin, qiymət sabitliyinin təmin edilməsidir. Məzənnə rejimi bizim pul siyasətimizin bir çərçivəsidir. Qiymət sabitliyinin təmin olunması üçün hər hansı bir rejim tələb olunacaqsa, Mərkəzi Bank, sözsüz ki, hökumətlə koordinasiya edərək o rejimi tətbiq edəcək. O ki qaldı məzənnə sabitliyinə, düşünürük ki, bu, bugünkü makroiqtisadi sabitlik üçün ən əlverişli rejimdir”, – deyə o əlavə edib.

Nazir onuda qeyd edib ki, bu il Azərbaycanda valyuta bazarında tarazlıq qorunub.

“Cari ilin 9 ayında manatın nominal kredit məzənnəsi 5% bahalaşıb. Mərkəzi Bankın maliyyə sabitliyi siyasəti və nəzarət tədbirləri maliyyə sektorunda stabil fəaliyyətinə və ödənişlərin fasiləsizliyinə yönəldilib. Bank sektorunun dayanqlılığı bütövlükdə diqqətdə saxlanılıb”, – deyə o bildirib.

Azərbaycanda inflyasiyadan bəhs edərək, T. Kazımov onun ölkəmizdə əsasən xarici mənşəli amillər ilə bağlı olduğunu qeyd edib. Cari ildə Mərkəzi Bank inflyasiyanı məhdudlaşdırmaq istiqamətində müvafiq tədbirlər həyata keçirib.

Nazir bildirib ki, ölkədə pul bazarının infrastrukturu təkmilləşdirilib, banklararası aktivlk artıb.

“Azərbaycanda bu il inflyasiyanın məhdudlaşdırılması siyasəti çərçivəsində istehlak kreditlərinin azaldılması siyasəti aparılıb”, – deyə o qeyd edib.

T.Kazımov onuda bildirib ki, büdcə paketi makroiqtisadi tədbirləri və valyuta sabitliyini dəstəkləyir.

Leave a Reply