Azərbaycanda ÜDM-in həcmi ən yüksək göstəriciyə çatmaq üzrədir

Bu ilin sonuna kimi dünyada cari neft və qaz qiymətləri qüvvədə qaldığı halda Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) həcminin 130 milyard manata çatması gözlənilir və bu da Azərbaycan tarixində ən yüksək göstəricidir.

TIME bildirir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2023-cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı deyib.

Nazir onuda qeyd edib ki, Azərbaycanda ÜDM-də qeyr-neft sənayesinin payı artmaqdadır. Onun sözlərinə görə, ölkədə vergi daxilolmaları, məcburi dövlət sosial sığorta yığımları artıb.

M.Cabbarov qeyd edib ki, ölkədə inflyasiyanın səviyyəsinə dünya bazarında ərzaq məhsullarının qiymətində baş verən artım təsir edib. Onun sözlərinə görə, ötən illə müqayisədə cari ilin yanvar-avqust aylarında idxal qiymətləri 21 faizdən çox artıb. Nazir əlavə edib ki, cari ildə hökumət tərəfindən anti-inflyasiya tədbirləri həyata keçirilib.

Leave a Reply