Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilir

Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Sannino “Twitter”də Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası haqqında paylaşım edib.

TIME bildirir ki, Avropa İttifaqının rəsmisi tərəflərə çaöırışla müraciət edib.

“Baş nazirlərin müavinləri Şahin Mustafayev və Mher Qriqoryan rəhbərlik etdiyi Azərbaycan və Ermənistan sərhəd komissiyalarını Brüsseldə 3-cü iclasında salamlamaqdan məmnunluq duyuruq. Avropa İttifaqı tərəfləri regionda təhlükəsizliyi yaxşılaşdırmaq və delimitasiya üzrə irəliləyişə nail olmaq üçün addımlar atmağa çağırır”,- deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın artıq üçüncü iclası keçirilir.

İlk görüş bu il mayın 24-də Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində baş tutub. Azərbaycan və Ermənistan baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryan Ermənistan-Azərbaycan sərhədində görüşüblər.

Leave a Reply