Əsgərin silahla özünə atəş açması faktı ilə bağlı cinayət işi başlanıb

Dövlət Sərhəd Xidmətinin (DSX) əsgərinin silahla özünü qüllələməsi faktı ilə bağlı cinayət işi başlanıb.

TIME Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən bildirir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hissəsinin əsgəri Baxşəliyev Onur Nazim oğlunun istifadəsində olan silahla özünə atəş açması nəticəsində xəsarət yetirməsi faktı ilə bağlı hazırda Lənkəran hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Hazırda qeyd olunan iş üzrə istintaq davam edir.

Leave a Reply Cancel reply