Növbəti illərdə inflyasiya orta hesabla 6,2% təşkil edəcək

Dünya Bankının aprel proqnozlarına əsasən, 2023-cü ildə ərzaq məhsullarının 10,4%, o cümlədən taxıl məhsullarının 10,3% ucuzlaşacağı gözlənilir. Ərzaq məhsulları üzrə qiymətlərin dinamikasına əhəmiyyətli təsir edən gübrələrin də qiymətlərində növbəti ildə 11,4% azalma proqnozlaşdırılır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu məlumat Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində qeyd edilib.

Heablama Palatasının təqdim etdiyi rəyə əsasən, xammallar üzrə qiymət artımlarının davam etməsi istehsalçı xərclərini artırmaqla, ərzaq məhsulları ilə yanaşı, qeyri-ərzaq məhsulları və xidmətlər üzrə də qiymətlərin yüksəlməsi ilə nəticələnmiş, əksər ölkələr üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə inflyasiyanın sürətlənməsi müşahidə edilib. BVF-in MDB ölkələri üzrə inflyasiyaya dair proqnozlarına əsasən, cari ildə, eləcə də növbəti ildə MDB ölkələrində və Gürcüstanda inflyasiyanın yüksək olacağı nəzərdə tutulur

Beynəlxalq təşkilatlar tərəfindən 2022-ci ildə tələbin təklifi üstələməsi nəticəsində müşahidə olunan qiymət artımının müvəqqəti olacağı ilə bağlı fikirlər irəli sürülsə də, 2022-ci ilin iqtisadi mənzərəsində hərbi faktorların dominant olması yüksək inflyasiyanın davamlı olacağı fərziyyələrini formalaşdırıb.

Bu amillər 2022-ci və 2023-cü illər üzrə qlobal inflyasiya proqnozlarının artırılması
ilə nəticələnmiş, 2023-cü ildə 2022-ci illə müqayisədə qiymətlərin artım tempinin nisbətən zəifləyəcəyi proqnoz edilmişdir. BVF-in proqnozlarına əsasən, 2023-cü ildə qlobal inflyasiyanın 6,5%, o cümlədən İEÖ-lər üzrə 4,4% (ilkin versiyada 2,1%), İEOÖ-lər üzrə isə 8,1% (ilkin versiyada 4,7%) olacağı nəzərdə tutulub.

Davam edən yüksək inflyasiya əhalinin rifahına birbaşa təsir etməklə yanaşı, digər əhəmiyyətli risklərə də yol aça bilər. Belə ki, əhali gəlirlərinin dəyərsizləşməsin qorumaq məqsədilə həyata keçirilən əməkhaqqı artımları və sosial dəstək əməkhaqqı-qiymət artımı spiralı ilə nəticələnər ki, bu da iqtisadiyyatlarda məzənnə dayanıqlılığı üçün ciddi təhdidlərdən hesab edilir. Milli valyutaların dəyərsizləşməsi fonunda bahalaşan idxal həcmi isə tədiyə balansı üzrə əsas göstəricilərin dəyişməsinə səbəb olur.

ÜDM və onun strukturuna dair məlumatların təhlili 2022-2026-cı illər üzrə təqdim edilmiş proqnozların “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun hazırlandığını deməyə əsas verir.

ÜDM və onun strukturuna dair məlumatların təhlili 2022-2026-cı illər üzrə təqdim edilmiş proqnozların “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun hazırlandığını deməyə əsas verir. Belə ki, proqnozlara əsasən, 2022-2026-cı illərdə hər il orta hesabla ÜDM-in 3,5%, qeyri-neft qaz ÜDM-nin 5,4% artacağı nəzərdə tutulub ki, bu da Strategiyada müəyyən edilmiş hədəflərə uyğundur.

Yuxarıda qeyd edilənlərlə yanaşı, Strategiyada fiskal sabitlik üçün tənzimləmə çərçivəsinin təkmilləşdiriləcəyi və bu təməl şərtlərlə illik inflyasiyanın 4±2% intervalında qorunacağı hədəf kimi müəyyənləşdirilmiş, mövcud qanunvericilikdə inflyasiya proqnozlarının orta illik ifadədə təqdim edilməsi ilə bağlı tələbin müəyyənləşdirilməsi və “Büdcə zərfi”ndə də inflyasiya üzrə orta illik proqnozun təqdim edilməsi fonunda aidiyyəti istiqamətdə qiymətləndirmə aparılması mümkün
olmayıb. Orta illik inflyasiya ilə bağlı proqnoz məlumatlarının təhlili isə 2022-2026-cı illərdə hər il orta hesabla 6,2% inflyasiyanın qeydə alınacağını deməyə əsas verir ki, bu da hədəf diapazonunun yuxarı həddindən bir qədər çoxdur.

Qeyd edək ki, makroiqtisadi çərçivənin hesablanması üçün əhəmiyyətli ekzogen parametrlər olan neftin qiyməti və manatın məzənnəsi ortamüddətli dövrdə indikativ olaraq, sabit müəyyənləşdirilmiş, makroiqtisadi çərçivənin digər elementlərinin proqnozları da bu parametrlərin sabit qalacağı ehtimalına əsaslanıb.

Leave a Reply