Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin sonunadək inflyasiyanın artmasını istisna etmir.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, bunu cümə günü Azərbaycan Mərkəzi Bankı İdarə heyətinin sədri Taleh Kazımov mətbuat konfransında deyib.
Mərkəzi Bank sədrinin sözlərinə görə, sentyabr ayında Azərbaycanda inflyasiya 15,6 faiz, baza inflyasiya 14,1 faiz, qida inflyasiyası 21,8 faiz, qeyri-qida inflyasiyası 10,5 faiz, xidmətlər sektorunda inflyasiya 11,4 faiz təşkil edib.
“İstehsalçıların 20 faizi inflyasiyanın artımını gözləyir. Hesab edirik ki, Azərbaycanda inflyasiyanın artımı idxalla əlaqəlidir. İlin sonunadək inflyasiyanın artımını gözləyirik”, – deyə T.Kazımov bildirib.
O qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı ölkədə inflyasiyanın maksimum azalmasını hədəfləyir.
“Uçot dərəcəsinin artırılmasından sonra bankın analitikləri bazarda müsbət dəyişiklikləri müşahidə edir. Uçot dərəcəsinin bu və ya digər istiqamətə dəyişməsi inflyasiyaya real təsir göstərir. Bizim müəyyən etdiyimiz dəhlizə çatdıqda uçot dərəcəsi maliyyə bazarının canlandırılması istiqamətində dəyişdiriləcək”, – deyə sədr bildirib.
Uçot dərəcəsinin artırılmasını şərh edərək AMB sədri artımın ilk növbədə xarici amillərlə bağlı olduğunu qeyd.
Onun sözlərinə görə, yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 3,1 dəfə, qeyri-neft ixracı 17 faiz artıb, eyni zamanda enerji ehtiyatları qiymətləri yüksəlir.
“2022-ci ilin sonunda neftin barelinin 98,9 dollar, 2023-cü ildə 85,52 dollar olacağını gözləyirik. Bu, bizə ölkənin stabil iqtisadi artımının dəstəklənməsi üçün təməl yaradır”, – deyə o bildirib.
Sədr onudda qeyd edib ki, 2022-ci ilin əvvəlindən Azərbaycanın strateji valyuta ehtiyatları 3,5 faiz artaraq 55,1 milyard dollar təşkil edib.
“Yanvar-sentyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları da 8,4 faiz artaraq 7,7 milyard dollara çatıb”, – deyə o bildirib.
Sonda T.Kazımov bildirib ki, cari əməliyyatlar balansında xarici ticarətin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə artıb.
“Beynəlxalq Valyuta Fondu bu ilin sonunadək qlobal enerji daşıyıcıları qiymətlərinin 98,9 dollar səviyyəsində, gələn ilin əvvəlində isə 85,52 dollar səviyyəsində olacağını proqnozlaşdırır. Bu isə deməyə imkan verir ki, gələn il tədiyə balansı profisitli olacaq”, – T.Kazımov deyib.