“Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsi müzakirə edilir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsinin müzakirəsi keçirilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, iclasda komitə sədri Tahir Mirkişili, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Banklar Assosiasiyasının (ABA) Prezidenti Zakir Nuriyev, deputatlar və digər qonaqlar işirak edir.

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 12-ci və 13-cü bəndlərinə uyğun olaraq, dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Müzakirələrdən sonra qanun layihəsinin birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunması gözlənilir.

Leave a Reply Cancel reply