Yeni ekspres marşrut xətti üzrə gediş haqqı 10 qəpik azaldıldı

Bu gündən Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən xəttə buraxılan E1 ekspres marşrut xətti üzrə gediş haqqının 50 qəpik olması məqsədə uyğun hesab edilib.

TIME Trend-ə istinadən bildirir ki, bu addım E1 xəttinə sərnişinlərin marağını artırmaq və vətəndaşları qanunsuz sərnişindaşımalardan çəkindirmək məqsədilə atılıb.

Xatırladaq ki, yeni xətt üzrə avtobuslar metronun “Xalqlar Dostluğu” stansiyasından başlayaraq Qara Qarayev prospekti – “Koroğlu” metro stansiyası – Heydər Əliyev prospekti – Yusif Səfərov küçəsi – Neftçilər prospekti – “Azneft” dairəsi – Bibiheybət -Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edir.

Leave a Reply