Bəzi istehsalçılar qadağan olunan qənd məhsullarını yas mərasimlərində istifadə üçün verməyə çalışırlar.
TIME bildirir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli mətbuat konfransında məlumat verib.
O bildirib ki, qənddə tapılan maddə insan sağlamlığı üçün olduqca təhlükəlidir:
“Həmin qənd məhsulları satışdan yığışdırılır, lakin vətəndaşlarımızın həssas yerini bilirlər və görürlər ki, yas mərasimlərinə nəzarət etmək çətindir. Ona görə də qadağan olunan qəndləri burada istifadə üçün verməyə çalışırlar”, – deyə o qeyd edib.