Bakı Metropoliteni ilin sonuna kimi yeni stansiya istifadəyə verəcək

Bakı metropoliteninin Xocahəsən stansiyası və Xocahəsən elektrik deposunda tikinti-quraşdırma işləri tam başa çatıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədr müavini Hidayət Məmmədov bu gün metronun 55 illiyi ilə bağlı sərgidən sonra jurnalistlərə açıqlamasında onuda deyib ki, hazırda stansiyada sınaq işləri aparılır.

“Stansiyanın ilin sonuna kimi istifadəyə verilməsi gündəmdədir. Artıq stansiya və elektrik deposunda işlər yekunlaşıb. Hazırda stansiyada sınaq-sazlama işləri aparılır, qatarların hərəkətinin təşkili son mərhələdədir. İşlər tam başa çatdırılandan sonra stansiya sərnişinlərin istifadəsinə veriləcək”, – deyə o əlavə edib.

Leave a Reply Cancel reply