Bu gün, oktyabrın 27-də Azərbaycan telejurnalistikamızın peşəkar obrazı olmuş Sabir Ələsgərovun 85 illik yubileyidir.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Sabir Mәmmәd oğlu Ələsgərov 27 oktyabr 1936-cı ildə Tiflisdə anadan olub. 1961-ci ildə Azәrbaycan Pedaqoji Rus Dili vә Ədәbiyyatı İnstitutunu bitirib. Azәrbaycan Dövlәt Teleradio Verilişlәri Komitәsindә (indiki Azәrbaycan Televiziya vә Radio Verilişlәri QSC) fәaliyyәtә başlayan S.Ələsgərov 1966–1972 illәrdә radionun, 1972–1990 illәrdә televiziyanın baş diktoru, 1990–2006 illәrdә televiziyanın diktorlar şöbәsinin müdiri olub. “Xәbәrlәr” informasiya proqramının, “Sәadәt”, “Günün nәbzi”, “Sәfa” vә s. verilişlәrin daimi aparıcısı olub.
Səhnə davranışı, sözlə rəftar bacarığı, Azərbaycan dilinin incəliklərinə dərindən bələd olma qabiliyyəti, məxsusi səs tembri – bütün bunlar Sabir müəllimi səciyyələndirən peşəkarlıq xüsusiyyətləri idi. O, eyni zamanda səmimiyyəti və qayğıkeşliyi ilə də həm müasirlərinin, həm də gənc nəslin qəlbində özünə yer tapmış simadır.
Zəngin və mənalı ömür yolu keçmiş Sabir Ələsgərovun fəaliyyəti jurnalistikamız üçün əsl örnəkdir. Onun yaradıcılığı ilə qazanmış olduğu örnək statusu səciyyələndirən daha bir cəhət isə hökumәt və dövlət tәdbirlәrinin hazırlanmasında iştirakı, həmin tədbirlərin aparıcısı olmaqla onlara maraqlı məzmun qazandırması idi. Ümumən bir çox populyar televiziya və radio verilişləri var idi ki, tamaşaçılar bu ekran və efir nümunələrini məhz Sabir müəllimə görə sevmişdilər. Belə obrazlar heç də hər zaman yetişmir.
Azərbaycan jurnalistikasının görkəmli nümayəndəsi, telejurnalistikamızın peşəkar obrazı, efirimizin siması Sabir Ələsgərov 2020-ci ildə ömrünün 83-cü ilində vəfat edib.