Tarif Şurası bir sıra dərman vasitələrinin qiymətini təsdiqləyib

Tarif Şurası 76 dərman vasitəsinin qiymətini təsdiqləyib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Tarif (qiymət) Şurasının bu gün keçirilən iclasında, həmçinin yeni dövlət qeydiyyatına alınan 76 dərman vasitəsinin qiyməti də təsdiq edilib.

Bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13 493 təşkil edir və onların tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Leave a Reply