Sumqayıtda “Stansiya Sumqayıt” yaşayış massivi adlı ərazidə mağaralar tapılıb.
TIME Trend-ə istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli deyib ki, hazırda mağaraların aşkar edildiyi “stansiya Sumqayıt” deyilən ərazidə kəşfiyyat axtarış işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsi tərəfindən davam etdirilir.
O qeyd edib ki, əməkdaşlarımızın əldə etdiyi məlumatlara görə ərazidə mağaralarla yanaşı karvansaranın qalıqları da mövcud olub.
Ümumilikdə həmin ərazidə kompleks tədqiqatların aparılmasına ehtiyac var.
Qısa zamanda əraziyə arxeoloqlarla birgə baxış keçirilməsi nəzərdə tutulur.