İlham Əliyev Gürcüstanda işgüzar səfərdədir

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstana işgüzar səfərə gedib.

    TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Azərbaycan Prezidentini Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və digər rəsmi şəxslər qarşıladılar.

    Leave a Reply