Bakının tanınmış premium kinoteatrlarından birində DC Comics-in eyniadlı komiksi əsasında çəkilmiş “Qara Adam” Amerika superqəhrəman filminin premyeradan öncə nümayişi keçirilib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, tədbirdə şou-biznes ulduzları, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.
Filmin rejissoru Jaume Kolyet-Serradır. Baş rollarda Dueyn Conson, Sara Şahi və Pirs Brosnan çəkilib. Filmdə Misir tanrılarının qüdrətli güclərini əldə etdikdən sonra, Qara Adam (Conson) düşmənləri tərəfindən əbədi həbs olunduğu və sonradan müasir dövrdə yenidən azadlığa çıxması haqadır. Həbs olunduqan 5000 il sonra yer üzündəki məzarından azad edilən Adam müasir dünyaya düşür və burada özünəməxsus unikal ədalət forması yaradır.
Filmi Azərbaycanda ən son 4DX texnologiyası ilə rus, ingilis və türk dillərində izləyə bilərsiniz.