Mikayıl Cabbarov: Ərzaqlıq buğda istehsalı 61 % artaraq

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan aqroparklarda bu il ərzaqlıq buğda istehsalı ötən illə müqayisədə, təxminən, 61 % artaraq 88,8 min tona çatıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün rəsmi Twitter hesabında yazıb.

“Aqroparklarda ərzaqlıq buğdanın istehsalında müsbət dinamika müşahidə edilir. 2020-ci ildə aqroparkların taxıl sahələrində 35,2 min ton, 2021-ci ildə 56% çox olmaqla – 55 min ton ərzaqlıq buğda istehsal olunub”, – nazir deyib.

Leave a Reply