Azərbaycan və Türkiyə prezidentləri Cəbrayıl şəhərində mətbuata birgə bəyanatlarla çıxış ediblər – VİDEO

Oktyabrın 20-də Cəbrayıl şəhərində təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bəyanatda Türkiyə Prezidenti Azərbaycanın qısa zamanda Qarabağda gördüyü işlər və Qərb ölkələrinin işğaldan azad edilmiş ərazilərdə 30 il davam edən vandalizmə biganəliyi haqda bəhs edib.

Mətbuat konfransından öncə Cəbrayıl şəhərində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycan nümayəndə heyəti Türkiyə Prezidentinə, Türkiyə nümayəndə heyəti Azərbaycan Prezidentinə təqdim olundu.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçdi.

Cəbrayıl şəhərində rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Əvvəlcə dövlət başçıları rəsmi foto çəkdirdilər.

Leave a Reply Cancel reply