Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi vakansiyalar elan edib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Dövlət Xidməti aşağıdakı sahələr üzrə mütəxəssis seçimlərini davam etdirir:
-SOC Analyst (SOC-üzrə təcrübəsi olan, loq analizini bacaran)
-CyberSecurity (kod analizi, pentesting)
-Sysadmin (Linux, nutanix, database)
-Network Administrator (şəbəkə və şəbəkə təhlükəsizliyi avadanlıqları ilə iş təcrübəsi olan)
Bu sahələr üzrə bilik və təcrübəyə malik olanlar CV-lərini info@cert.gov.az mail ünvanına və ya inboxa göndərə bilərlər.
Namizədlərə olan əsas tələblər sahə üzrə bilik, Ali təhsil və Hərbi Xidmət haqqında sənədlər.