Qeyri-neft-qaz sektoru üzrə ÜDM 10,1% artıb

Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə Ümumi Daxili Məhsulun (ÜDM) istehsalı 10,1% artıb.

TIME bildirir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov bunu rəsmi Twitter hesabında paylaşımında qeyd edib.

“2022-ci ilin yanvar-sentyabr aylarında ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6% artaraq 98 mlrd. 77,8 mln. manat, qeyri-neft-qaz sektoru üzrə isə 10,1% artaraq 50 mlrd. 285,8 mln. manat olub. Qeyri-neft-qaz sektorunda artımın əvvəlki ildə olan artım tempi ilə müqayisədə sürətlənməsi prosesi davam edir”,- deyə nazir bildirib.

Leave a Reply