Bakıda ilk dəfə taktiki urbanizm elementlərindən istifadə olunmaqla dairəvi hərəkət təşkil edilib -VİDEO

Bakı şəhərində taktiki urbanizim elementləri Qəzənfər Musabəyov, Cəfər Xəndan və 22-ci Dağlıq küçələrinin kəsişməsində tətbiq edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, mürəkkəb yolayrıcında kəsişmənin həndəsi quruluşuna uyğun olaraq taktiki urbanizm elementlərindən istifadə olunmaqla dairəvi hərəkət təşkil olunub.

Nəticədə kəsişmədə olan xaotik vəziyyət aradan qaldırılıb, hərəkət növbəliliyi təmin edilib. Bununla da kəsişmədə qəza halları dəfələrlə azalıb və piyadaların hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb.

Qeyd edək ki, əvvəllər bu yol sahəsində 6 istiqamətdən gələn nəqliyyat axını tənzimlənmədiyindən ərazidə xaotik hərəkət hökm sürürdü. Nəqliyyat vasitələrinin nizamsız hərəkəti yolu keçmək istəyən piyadalar üçün əlvə risklər yaradırdı.

Leave a Reply