Noyabrda iş və istirahət günlərinin yerləri dəyişdirilib

İş və istirahət günlərinin yerləri dəyişdirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Baş nazir Əli Əsədov bu gün bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istrahət gününün yerləri dəyişdirilib.

Qeyd edək ki, 6 noyabr bazar günü, 8 noyabr Zəfər Günü, 9 noyabr Dövlət Bayrağı Günüdür. Beləliklə, ardıcıl olaraq 4 gün – 6,7,8 və 9 noyabr tarixlərində qeyri-iş günü olacaq.

Leave a Reply