İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilir:

– 2.2.6-cı yarımbəndə “istiqrazlar” sözündən əvvəl “fəaliyyətinin təmin edilməsi məqsədilə” sözləri əlavə edilir;

– 6.2-ci bənddə “798 000 000 (yeddi yüz doxsan səkkiz milyon)” sözləri “893 000 000 (səkkiz yüz doxsan üç milyon)” sözləri ilə əvəzlənir;

– 6.5-ci bənd ləğv edilir.

– Bu Fərmanın 1.2-ci bəndinin icrası “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanının 1.11.6.6.1-ci yarımbəndi ilə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2022-ci ilin dövlət büdcəsindən Fonda ayrılan 95,0 (doxsan beş) milyon manat hesabına təmin ediləcək.

– Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin edəcək.

– Fond bu Fərmandan irəli gələn məsələləri həll edəcək.

Leave a Reply Cancel reply