Diqqət! Fişinq hücumları qeydə alınıb

Son günlər “Kapital Bank”ın adından veb-səhifə yaradılaraq vətəndaşlara fişinq mesajları göndərilir və pul vəsaiti təklif olunur. Onlardan vəd olunan məbləği əldə etmək üçün təqdim olunan saxta veb-səhifəyə bank və digər fərdi məlumatlarını daxil etmək tələb edilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə etimad etməməyi, şübhəli keçidlərə daxil olmamağı tövsiyə edir. Hər hansı şirkət və ya qurum adından belə məlumatlar aldıqda öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və yaxud qurumun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olmaq məsləhət görülür.

Həmçinin bu kimi hallarla qarşılaşdıqda vətəndaşlardan “1654” qaynar xətti, www.cert.az saytı və ya reports@cert.az e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermək xahiş olunur.

Leave a Reply