“WhatsApp”a yeni iki funksiya əlavə edilib

“WhatsApp”da yeni 2 funksiya yaradılıb.

TIME bildirir ki, “WhatsApp”da son vaxtlara kimi son görülmə funksiyası aktiv idi. Bu funksiya vasitəsi ilə heç kəs istifadəçinin nə zaman “WhatsApp”da olduğunu bilmirdi.

“WhatsApp”ın yeni versiyasında isə istifadəçilər onlayn olmalarını da gizlədə biləcək.

Bu yenilik istifadəçilərə son görülmə və onlayn olduqları vaxtı öz seçimləri əsasında digər istifadəçilərdən gizlədə biləcəklər.

Bunu aşağıdakı qaydada etmək mümkündür:

  • “WhatsApp”ı açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun və “Parametrləri” seçin
  • “Parametrlər” səhifəsində “Hesab” xanasını seçin
  • “Hesab” xanasında “Məxfilik” xanasını seçin
  • “Məxfilik” xanasında “Son görünmə və onlayn” xanasını seçin
  • “Son görünmə və onlayn” xanasında “Son görünməmi kimlər görə bilər və “Onlayn olduğumu kimlər görə bilər funksiyalsarını aktiv edin.
  • “WhatsApp”a yeni “WhatsApp”da 2.22.22.14 beta versiyasına göndərilən mesajları redaktə etmək funksiyası əlavə edilib.

Hazırda yeni funksiya mesajı göndərildikdən 15 dəqiqə sonra mətni düzəltməyə imkan verir. Redaktə edildikdən sonra yazı “Redaktə edilib” şəklində qeyd olunacaq. Funksiya göndərilmə saatının yanındakı sahədə yerləşir.

Leave a Reply