Sumqayıtda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, oktyabrın 17-də saat 1 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Mirizadə idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən şəhər sakini Elnur Musayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Leave a Reply Cancel reply