Azərbaycan Prezidenti beş ölkəyə yeni səfir təyin edib

Azərbaycan Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə, Misirə, əlcəzairə, Niderlanda və Fransaya yeni səfirlər təyin edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Prezident İlham Əliyev Mahir Məmməd oğlu Əliyevin Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı digər sərəncama əsasən, Elçin Tələt oğlu Bağırov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib

Prezident İlham Əliyev Elxan Polux oğlu Poluxovun Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı digər sərəncama əsasən, Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında və eyni zamanda Sudan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılıb.

Prezident İlham Əliyev Tural Anar oğlu Rzayevin Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı digər sərəncama əsasən, Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında və eyni zamanda Sudan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılıb.

Prezident İlham Əliyev Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı digər sərəncama əsasən, Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Azərbayvcan Prezientinin daha bir sərəncamına əsasən, Leyla Yaşar qızı Abdullayeva Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Leave a ReplyCancel reply