“SOCAR Energy Ukraine” şirkəti Azərbaycan yanacağını ilk dəfə Bolqarıstan ərazisindən keçməklə Ukraynaya nəql edib.
TIME bildirir ki, SOCAR-ın Ukraynadakı pərakəndə biznes bölməsinin direktoru İqor Orlov Ukraynanın “Teleqraf” nəşrinə müsahibədə deyib ki, zəruri yanacaq həcmlərinin olmaması bizi alternativlər axtarmağa vadar edib.
“Avropadan zəruri yanacaq həcmlərinin olmaması bizi alternativlər axtarmağa vadar etdi. Bu il biz ilk dəfə Azərbaycandan yanacağı Bolqarıstan ərazisindən keçməklə Ukraynaya gətirdik, bundan başqa, İtaliyadan da tədarük olub”, – deyə o bildirib.